Milli Musiqi Günü
18 sentyabr -Milli Musiqi Günü munasibətilə məktəbin musiqi müəllimi Şəlalə İsmayılova şagirdləri ilə birlikdə Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Azərbaycan Respublikasının Dövlət himnini oxuyub, məzarın önünə gül dəstəsi düzüb sonra isə ev muzeyini ziyarət ediblər.Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarı, musiqişünas- alim,publisist,dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operanın banisidir. Dahi bəstəkar Azərbaycan mədəniyyəti tarixində yeniliklər edərək milli bəstəkarlıq məktəbinin əsasını qoymuş, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi Azərbaycan musiqi tarixinə düşmüşdür. Onun işıqlı xatirəsi xalqın qəlbində əbədi olaraq daim yaşayacaq.