Valideyn iclası keçirilib

     Məktəbdə V siniflərdə valideyn iclası keçirilib. İclasın keçirilməsində məqsəd valideynləri fənn müəllimləri ilə tanış etmək , yeni tədris ilində qarşıda duran vəzifələrlə əlaqədar maarifləndirici söhbətlərin aparılması, dərsliklərin valideynlərə təqdim olunması idi. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev iclasda öz çıxışında qeyd etdi ki, şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil məktəb-müəllim-valideyn əməkdaşlığıdır. Məhz buna görə də məktəbimiz  valideynlərlə sıx əməkdaşlıq edir. Bu gün təşkil etdiyimiz  valideyn iclası bu əməkdaşlığa bir nümunədir. Sonda valideynlərin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. 
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi