Pedaqoji Şuranın ilk iclası keçirilib
12.09.2024-cü il tarixində 2024-2025-cü tədris ili üzrə Pedaqoji Şuranın ilk iclası keçirilib. İclası giriş sözü ilə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev açaraq, kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Məktəbə yeni gələn müəllimləri kollektivə təqdim edərək hər birinə yeni dərs ilində uğurlar arzuladı. Məktəbin rəhbəri “”Müəllimlərin zahiri görünüş normaları “ ilə bağlı gözləntiləri kollektiv üzvləri ilə müzakirə edərək zəruri tövsiyələrini verdi.
Daha sonra iclasda pedaqoji şuranın gündəliyinə daxil olan məsələlər elan edilib. 2024-2025-ci tədris ili üçün Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən müvafiq əmr və təlimatlar Pedaqoji heyətin nəzərinə çatdırıldı. Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyindən ilk dərslərin bu mövzuya həsr olunacağı bildirilib. Həmçinin Pedaqoji şurada gündəlikdə duran məsələlər ətraflı müzakirə edildi. Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələləri haqqında və
eyni zamanda yeni tədris ilindən məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar tətbiq ediləcəyi, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzular barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri çıxış ediblər.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.