Uşaqlar Səbail rayonu Yanğından Mühafizə hissəsində qonaq oldular

     Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə 1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail rayonu Yanğından Mühafizə hissəsində “açıq qapı” günü keçirilib. Keçirilən tədbirdə məktəbin texnologiya fənn müəllimləri Təhminə Əliyeva, Natəvan Məmmədova və 6 "B" sinif şagirdləri iştirak ediblər. Burada iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik iş rejimi qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə, eyni zamanda fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə yaxından tanış olublar. Maraqla keçən tədbirdə uşaqların sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi