Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir
31 May tarixində məktəbin akt zalında 1-İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqlar cəmiyyətin gülüdür, çiçəyidir!" adll tədbir keçirildi. Məktəbin musiqi fənn müəllimi Şəlalə İsmayılova tərəfindən hazırlanmış bayram şənliyi uşaqların şən nəğmələrindən və bir-birindən gözəl rəqslərindən təşkil olunmuşdur.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni oxundu, ardınca Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
7 "B" sinfinin şagirdləri tərəfindən hazırlanmış "Gəl, gəl a yay günləri" adlı səhnəcik bütün tədbir iştirakçılarının maraq və sevincinə səbəb oldu. "Çobanyastığı" rəqsi isə tədbirə xüsusi gözəllik-yaz, yay, bayram ovqatı gətirdi. Sonda söz məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevə verildi. O da öz növbəsində ilk şagirdləri bayram münasibəti ilə təbrik etdi, daha sonra isə bu bayramın qısa tarixi barədə iştirakçılara məlumat verdi.
Tədbirdən məktəbin şagirdləri xoş təəssüratla ayrıldılar.