Uşaqların Beynəlxalq Müdafiəsi Günü

     Uşaqların Beynəlxalq Müdafiəsi Günü-1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
     31 May tarixində ibtidai siniflərdə təhsil alan şagirdlər üçün məktəbin həyətində “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
     Məktəbimizin ibtidai sinif şagirdləri bugünü əyləncəli və unudulmaz etmək üçün müxtəlif şeirlər səsləndirib, rəqslər nümayiş etdirib, mahnılar ifa ediblər.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi