Ailəm və məktəbim

     Müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirmək məqsədi ilə 29 May tarixində məktəbin tədbirlər planına uyğun olaraq "Ailəm və məktəbim" adlı tədbir həyata keçirilib. "Ailəm və məktəbim" adlı tədbir çərçivəsində valideynlər məktəb mühiti ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevlə, direktor müavinləri Valeh Qasımovla, Afaq Hacıyevayla, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədovayla və fənn müəllimlərilə görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirilirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi