28 May - Müstəqilliyimizin bərpası günü

     28 May-Müstəqilliyin Bərpası Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi.Azərbaycanin ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
     "28 May-Respublika günü” münasibətilə məktəbin tarix fənn müəllimi Gülgəz Süleymanova 9 "B" sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil etmişdir. Dəyirmi masanı giriş sözü ilə açan məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev  şagirdləri bayram münasibətilə təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə iştirakçılara qısa məlumat verdi. 
     Daha sonra isə şagirdlər "28 May-Respublika günü" münasibətilə hazırladıqları təqdimatlar haqqında ətraflı məlumat verib, bu günün tarixi əhəmiyyəti haqqında çıxışlar ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi