Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya
Hər il 18 May tarixi dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər, təhsil və tədqiqat” devizi seçilib. Bu gün bizim ölkəmizdə də qeyd olunur və həmin günü muzeylərə giriş pulsuz olur.
18 may "Beynəlxalq Muzeylər Gunu" ilə əlaqədar olaraq məktəbin 6 "B" sinif şagirdləri Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar.
Milli Azərbaycan Tarixi Muzeyi — Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. Ekskursiyanı təşkil etməkdə məqsəd şagirdlərin dünya görüşünü artırmaq, onları tariximizi, milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlarla.yaxından tanış etmək idi.