İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nın 8.8.2.1. yarımbəndinə əsasən ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə 17 may tarixində məktəbdə fəaliyyət göstərən "Məktəblinin Dostu" layihəsinin əməkdaşları tərəfindən "Kibertəhlükəsizlik", "Sosial şəbəkələrdən faydalı istifadə" mövzularında şagirdlər üçün maarifləndirici təlim təşkil olunmuşdur. Təlimin sonunda şagirdlərin sualları cavablandırılıb.