Su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə

     Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil, orta ixtisas və peşe İxtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə 3-29/3-2-460F/2023 nömrəli, 18.07.2023-cü il tarixli emrinin icrası ilə əlaqədar, Elm və Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə hazırladıqları təhsilalanların və təhsilverənlərin maarifləndirilməsinə dair "YADDAŞ TƏLİMAT KİTABÇASI" 17 may tarixində məktəbin sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova və coğrafiya fənn müəllimi Yeganə Sarıxanlı tərəfindən 8 "C" sinifində müzakirə olunub. Şagirdlər öncə su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları ilə tanış olublar, sonra isə su hövzələrində, çimərliklərdə, hovuzlarda vətəndaşların təhlükəsizliyi üçün nəzərdə tutulan qaydalar və qadağalar haqda məlumat əldə ediblər. Sonda şagirdlərin əldə etdikləri bilikləri müzakirə edilib. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi