Biologiya günü

     Bu il bizim məktəbə ilk dəfə Biologiya fənni üzrə təcrübəçi müəllimlər təhkim olunub.13 may tarixində sözü gedən təcrübəçi müəllimlər "Biologiya Günü" adlı tədbir təşkil etdilər. Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Qasımov, Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova, Biologiya fənn müəllimi Cəmalə Zeynalova, təcrübəçi müəllimlərin pedaqoji təcrübə rəhbəri baş müəllim İradə Məmmədova, metodist dosent Elnarə Muradova, pedaqoq Nigar Hüseynova iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı, Şuşanın dağları rəqsi ilə sonlandı. Tədbirdə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin adına uyğun olaraq Biologiya elminə aid səhnəciklər nümayiş etdirildi.Ölkəmizdə Biologiyanın inkişafı ilə bağlı son elmi araşdırmalar haqqında məlumat verildi və təqdimatlar nümayiş olundu. Sonda tədbir iştirakçısı olan şagirdlərə təşəkkürnamələr təqdim edilib. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi