Fövqəladə hallar zamanı davranış qaydaları

     13 May tarixində məktəbdə fövqəladə hallar zamanı şagirdlərin maariflənməsi məqsədi ilə tədbir keçirildi. Tədbir məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Əhmədova və Gənclərin Çağırışaqədərki Hazırlığı fənn müəllimi İlham Babayev tərəfindən keçirildi. IX-X sinif şagirdləri yanğın, dəm qazı təhlükəsi, sudaboğulma zamanı ilk yardımın göstərilməsi, məkanın boşaldılması qaydaları və s. ilə tanış olduqdan sonra bu qaydalara əməl etdilər. Onlar  maket üzərində  sudaboğulanı xilas etmiş, yanğın zamanı tüstüdən boğulan insanlara yardım etmək yollarını nümayiş etdirdilər. Məktəbin həyətində şagirdlər  dəm qazından boğulma və ilk yardımı da maket  üzərinə icra etdilər. Tədbir məktəbin şagird və müəllim kollektivinin böyük marağına səbəb oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi