Heydər Əliyevin Azərbaycan ədəbiyyatında və müstəqil Azərbaycan gəncliyinin formalaşmasında rolu

     10 may tarixində məktəbdə Ümummilli lider Heydər Əliyevin 101-ci il yubileyi münasibəti ilə "Heydər Əliyevin Azərbaycan ədəbiyyatında və müstəqil Azərbaycan gəncliyinin formalaşmasında rolu" adlı tədbir keçirildi.Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllimlər və şagirdlər iştirak etdilər. Elmi-bədii konfransı giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Zeynalova açaraq məruzə üçün sözü şagirdlərə verdi. İlk öncə 8 "Ç" sinif şagirdi Mehnaz Süleymanova "Hüseyn Cavid yaradıcılığına Heydər Əliyevin gözü ilə" adlı tezislə çıxış etdi. Sonra isə məktəbin musiqi müəllimi Şəlalə İsmayılovanın rəhbərlik etdiyi xor kollektivi "Xalq Heydər deyəcək!" adlı əsəri ifa etdi. "Molla Pənah Vaqif yaradıcılığı və Heydər Əliyev"  tezisi ilə 10 "C" sinif şagirdi Dəniz Zeynallı məruzə etdikdən sonra balaca Əminə anasının dahi rəhbərimizə həsr etdiyi "Ulu öndər" adlı şeiri səsləndirdi. 9 "C" sinif şagirdi Fidan İskəndərova isə "Heydər Əliyev və Bəxtiyar Vahabzadə yaradıcılığı" adlı məruzəsi ilə çıxış etdi. Tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevin "Heydər Əliyev və Azərbaycan Respublikasında  gənclər siyasəti" adlı dissertasiya işindən "Heydər Əliyev və müasir Azərbaycan gəncliyi" tezisi ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Zeynalova çıxış etdi. Məktəbimizin kutabxana müdiri Ülviyyə  Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın hazırladığı fotostendlər, kitab guşəsi, divar qəzetləri, böyük rəhbərin həyatını əks etdirən fotoalbom tədbir iştirakçılarının  böyük marağına səbəb oldu. Sonda elmi-bədii konfransı bağlamaq üçün söz məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman  Hacıyevə verildi və o, öz çıxışında tədbir iştirakçılarına bu gün münasibəti ilə  öz ürək sözlərini söyləyib tədbiri bağlı elan etdi.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi