Xəzərin sahilində

     ,,Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən uşaq gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ,,Xəzərin Sahilində” adlı komandalararası ekoturizm yarışması keçirilmişdir. Yarışmada məktəbdə fəaliyyət göstərən "Gənc bioloqlar" dərnəyinin üzvləri 7 "C" sinif şagirdlərindən: Tukanlı Altun, Tukanlı Aygün, Bayramzadə İnqilab, Usublu Cahid, Hüseynov Seymur uğurla iştirak etmişlər və 9 komanda arasında III yerə layiq görülmüşlər. Bu münasibətlə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev şagirdlərlə görüşmüş və onları təbrik etmişdir. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi