Yaşıl dünya naminə həmrəylik ili
Məktəbin 8 "E" sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Kəmalə Əzimzadənin və valideynlərin təşkilatçılığı ilə həftə sonunu Azərbaycanın dilbər guşəsi olan Quba rayonunun gəzməli yerlərindən olan Qəçreş, Təngəaltı, Qımılqazmaya ekskursiya təşkil etdilər.
Məqsəd “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə öz töhfələrini vermək, Vətənin əsrarəngiz təbiətindən zövq almaq, dağ və düzəngahların florasını yaxından öyrənmək idi.