Təbiət ilhama çağırır məni

       3 May tarixində  məktəbdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nuranə Bədiyeva və Təhsil 2 fakültəsi nəzdində Pedaqogika kafedrasının dosenti Jalə Mustafayevanın rəhbərliyi altında Təhsil 2 fakültəsinin təcrübəçi tələbələri Hüseynli Röya (421a), Ağacanova Günel (424b), Ələsgərova Raya (423b), Məmmədzadə Əsmər (422a) və İsmayılova Sənubərin (418b) təşkilatçılığı ilə 7 "C" və 8 "C" sinif şagirdləri tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təbiət ilhama çağırır məni” adlı tədbir keçirildi. 
       Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şagirdlər ”Yaşıl dünya həmrəylik ili” ilə bağlı dinləyicilərə məlumat verdilər. Daha sonra şagirdlərin təqdimatında təbiət motivlərinin əks olunduğu şeirlər səsləndirildi və “Vətəndən pay olmayır” mahnısı xor şəklində ifa olundu. Eyni zamanda 7 "C" sinif şagirdinin təqdim etdiyi ”Ağ çiçəyim” rəqsindən sonra hər iki sinif şagirdlərinin iştirakı ilə Azərbaycan təbiətinin gözəlliyini əks etdirən A.Şaiqin ”Köç” əsərindən bir hissə  tədbir iştirakçılarına təqdim olundu. Tədbir 7 "C" sinif şagirdinin ifasında “Qarabağ şikəstəsi” ilə sona çatdı. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi