6 şagirdimiz Taekvondo idman növü üzrə uğur qazandı
Məktəbin idman zalında fəaliyyət göstərən "Alov" taekvondo klubunun üzvləri Gəncə şəhərində keçirilən yarışda uğur qazanmışlar. Belə ki, 211 nömrəli tam orta məktəbin 6 şagirdi Gəncə şəhərində keçirilən Taekvondo idman növü üzrə açıq birincilikdə fəxri kürsüdə yer almışlar. Onlardan
Məlikzadə Məryəm və Əliyeva Dəniz 1-ci yerləri əldə etməklə qızıl, Əliyev Nəriman yalnız finalda məğlub olaraq 2-ci yerə layiq görülərək gümüş , Həsənli Ravil, Mehtiyev Mehdi və Cəfərova Elnaz isə 3-cü yerlərə layiq görülərək bürünc mükafatlara sahib olublar. Əldə etdikləri uğurlara görə hər birini təbrik edirik.