Zərərli vərdişlərə yox deyək
25 Aprel tarixində biologiya fənn müəllimi Münəvvər Məmmədovanın təşkilatçılığında 8 "A" sinif şagirdləri ilə "Zərərli vərdişlərə yox deyək!" mövzusunda maarifləndirici söhbət aparılmışdır. Belə söhbətlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.