Sinif rəhbərlərinin iclası keçirilib
V-XI siniflərin sinif rəhbərləri ilə növbəti iclas keçirilib. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, məktəbdə sağlam psixoloji mühitin qorunub saxlanılması barədə danışıb. Sinif rəhbərlərinə məktəbdə baş verə biləcək xüsusi halların qarşısının alınması, təlim-tərbiyə prosesinin keyfiyyətinin artırılması, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, istiqamətində fəaliyyətlərini gücləndirməyi tövsiyə edib.