STEAM mərkəzinə ekskursiya
24 aprel tarixində məktəbin müəllimləri Sarıxanlı Yeganə və Veysəlova Təhminənin təşkilatçılığı ilə STEAM mərkəzinə ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın təşkil olumasında məqsəd şagirdləri mərkəzlə tanış etmək, onların potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirmək idi. Belə ki, uşaqlar burda tanış olduqları metodlarla real həyatın problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.