“Xocalısız ötən günlər” adlı tədbir keçirildi

24 fevralda məktəbin müəllim və şagirdləri “Ana harayı” abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoydular və Xocalıda şəhid olanları ehtiramla yad etdilərAbidənin ziyarətindən sonra məktəbdə Azərbaycan dili və ədəbiyyat və musiqi müəllimləri A.Hacıyeva, İ.Həbibova və Ş.İsmayılovanın rəhbərliyi ilə “Xocalısız ötən günlər” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Şagirdlər Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş şeirlər söylədi, səhnəciklər göstərdilər. Tədbirdə məktəbin direktoru V. Babayev çıxış edərək XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi..Tədbirin sonunda Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş inşa və şeir müsabiqəsinin qalibləri diplomla təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi