Kitabların sehirli dünyası

   23 Aprel tarixində məktəbin akt zalında kitabxana müdiri Ülviyyə Fərəcova, kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə "Dünya  kitab və müəllif hüquqları günü" münasibətilə məktəbdə "Kitabların sehirli dünyası" adlı tədbir keçirildi.
   Tədbirin keçlrilməsində əsas məqsəd şagirdlər arasında mütaliə mədəniyyəti və oxu vərdişlərini inkişaf etdirilməsi, kitaba marağın artırılması, kitabın həyatımızdakı rolunu onlara aşılamaqdan ibarət idi.Tədbirdə şagirdlərimiz rəngarəng proqramlarla çıxış etdilər. Onlar tərəfindən  hazırlanmış məlumatlar, seirlər, afarizimlər təqdim olundu. Daha sonra şagirdlərin təqdimatında səhnəciklər, rəqs və videoçarx nümayiş etdirildi.
   Kitab və müəllif hüquqları günü hamını, xüsusilə  gəcləri mütaliədən zövq almağa, bəşəriyyətin sosial və mədəni inkişafında əməyi olmuş sənətkarların əvəzsiz irsinə hörmətlə yanşmağa çağırış günüdür.
   Tədbirin sonunda məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək kitab və onun faydaları, kitab oxumağın vacibliyi, mütaliənin əhəmiyyəti haqqında şagirdlərə öz tövsiyyələrini verdi.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi