Şahinlərimiz qalib oldu

     6 aprel tarixində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Nəsimi rayonu üzrə bütün məktəb və litseylər arasında "Şahin" hərbi-idman yarışı keçirildi. "Şahin" hərbi-idman oyunlarının keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və Şahin hərbi -idman oyununun hakimləri iştirak ediblər. Rəsmi mərasimdən sonra komandalar hərbi orkestrin ifası altında təntənəli marşla tribuna önündən keçdilər.
     Komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülkü müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları icra ediblər.
     19 aprel tarixində isə yekun nəticələrə əsasən Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin Şahinlər komandası rayon mərhələsində III yer tutduqlarina görə Nəsimi rayonu İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Fövqəladə Hallar Nazirliyi və Nəsimi rayon Əlillər Cəmiyyətinin rəhbərliyi tərəfindən diplom və kubokla təltif olunublar. Bu münasibətlə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev Şahinlər komandasının üzvləri ilə görüşüb, onları təbrik etmişdir. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi