Aprel döyüşləri - böyük zəfərin başlanğıcıdır

     5 aprel tarixində məktəbin həyətində “Aprel döyüşləri-böyük zəfərin başlanğıcıdır” adlı tədbir həyata keçirdi. Məktəbin müəllimləri Afaq Hacıyeva, Şəlalə İsmayılova , İlham Babayevin təşkilatçılığı ilə keçən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət, qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışdılar .Şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalarla çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi