Sinif rəhbərlərinin iclası keçirilib
3 aprel tarixində məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyevin iştirak ilə sinif rəhbərlərinin iclası keçirilib. İclasda şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarına riayət etmələri, dərsə davamiyyətin təşkili, sinif təşkilat saatlarının vaxtında keçirilməsi, sinif jurnallarının işlənməsi, valideynlərlə işin təşkili və s. məsələlər ilə bağlı söhbət aparılmışdır.