Bütöv Azərbaycana ilk bahar gəlir

     Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik olan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.
Xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramını bu gün məktəbin şagird və müəllimləri "Bütöv Azərbaycana ilk bahar gəlir" adlı tədbirlə qeyd edib. Tədbirdə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib. Daha sonra söz şagirdlərə verilib, onlar da öz növbəsində Novruz adət-ənənələrini əks etdirən rəqslər edib, oyunlar göstərib, haxışdalar və şerlər söyləyib bayram iştirakçılarını əyləndiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi