Elimizə bahar gəlir

     Bu gün Vətənimizin hər yerində bayramların şahı olan "Novruz bayramı" qeyd olunur. Qaranquşların qanadında, torpağın rayihəsində, gül-çiçəklərin tumurcuğunda gəlir xalqımızın Novruzu, yurdumuzun Baharı. Bu münasibətlə məktəbin ibtidai sinif müəllimi Günəş Əliyeva  4 "A" sinf şagirdləri ilə birlikdə "Elimizə bahar gəlir" adlı təntənəli bayram tədbiri keçiriblər. Milli-mənəvi dəyərləri özündə əks etdirən bayram tədbirində  bir-birindən maraqlı səhnəciklər, şagirdlərin ifasında könül açan rəqslər, xoş əhvali-ruhiyyə yaradan şeirlər, bayatılar, mahnılar yer alıb. Novruz personajları Kosa və Keçəlin məzəli söhbətləri tədbirə rəng qatıb. Bayram tədbiri qonaqlarda xoş ab-hava, ruh yüksəkliyi yaradıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi