Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi

Fevralın 23-də məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. İlk öncə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Vaqif Babayev çıxış edərək bildirdi ki, bu faciədə yüzlərlə günahsız insanlar:körpələr, qocalar, qız- gəlinlər amansızlıqla qətlə yetirilmiş, mədəni irsimiz məhv edilmişdir. Bütün bunlarla yanaşı, xalqımız bu faciəni heç vaxt unutmur və gələcək nəsillərə ermənilərin nə qədər amansız və qəddar olduğunu çatdırmağa çalışır. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində işğal altında olan torpaqlarımız tezliklə qaytarılacaq, Azərbaycanın üçrəngli bayrağı Şuşada, Laçında, Xocalıda və digər rayonlarımızda dalgalanacaq. Biz buna inanırıq.Sonra məktəbin tarix müəllimi Ğülgəz Ağayeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Z. Elnarə çıxış edərək gələcəyimiz olan uşaqlara Xocalı faciəsinin çatdırılmasının vacibliyindən, onlara vətənpərvərlik hisslərinin aşılanmasının zəruriliyindən söz açdı. Tədbirdə məktəblilər faciə ilə bağlı duyğu və hisslərini bildirərək qeyd etdilər ki,gələcək nəsillər də zaman-zaman millətimizə qarşı yönələn bu cinayətin törədilmə səbəblərini öyrənəcək,əlləri yüzlərlə günahsız insanın qanına batmış cəlladları,onların havadarlarını lənətləyəcək.Erməni cəlladlarının törətdikləri vəhşiliklər heç zaman onların hafizəsindən silinməyəcək. Tədbirin sonunda Xocalı faciəsinin 25—ci ildönümünə həsr olunmuş məktəb üzrə keçirilən inşa yazı müsabiqəsinin qalibləri məktəbin direktoru tərəfindən diplomla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi