Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən IX sinif şagirdləri ilə "İmtahan stressinin idarə olunması" adlı maarifləndirici Seminar keçirildi. Seminarın keçirilməsində məqsəd imtahan öncəsi həyəcan və təşviş halları yaşandıqda şagirdlərin nə etməli olacaqları və hansı texnikalardan istifadə edə biləcəkləri haqqında tövsiyələr vermək idi. Sonda sagirdləri maraqlandıran suallar cavablandırıldı.