Bir ağac, bir nəfəs

     29 fevral tarixində “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin həyətində 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili!” elan olunması ilə əlaqədar “Bir ağac bir nəfəs!” adlı ağacəkmə aksiyası keçirilib. Aksiyada mərkəzin həyətyanı sahəsində qarağat kollarının tingləri əkilib. Aksiyanı keçirməkdə məqsəd ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhvə verməkdir.
Aksiyada məktəbdə fəaliyyət göstərən “Gənc bioloqlar” dərnəyinin üzvləri də iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi