"Dilimizi sevək, qoruyaq”adlı tədbir keçirildi.

Fevralın 20-də məktəbdə 21 fevral-Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimizi sevək, qoruyaq”adlı tədbir keçirildi.Tədbir Q.Fərzəliyevanın rəhbərliyi ilə ibtidai sinif şagirdləri tərəfindən hazırlanmışdı.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.Tədbiri məktəbin ibtidai siniflər üzrə direktor müavini X. Kərimova açdı. X.Kərimova ana dilinin yaranması,onun mənşəyi, paklığı, gözəlliyindən danışaraq, dilimizin dövlət dili kimi tanınmağında Ulu Öndər Heydər Əliyevin xüsusi rolunu vurğuladı.Tədbir şagirdlərin hazırladığı bir-birindən maraqlı çıxışlar ilə davam etdi. Şagirdlər Ana Dili Günü ilə bağlı hazırladıqları mahnılar, səhnəciklər, rəqsləri nümayiş etdirdilər,şeirlər söylədilər.Tədbirin sonunda məktəbin direktoru V. Babayev çıxış edərək, tədbiri yüksək qiymətləndirdi və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi