İdman sağlamlığın əsasıdır

     1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində şagirdlərdə təhlükəsizlik və sağlam həyat tərzi
mədəniyyətinin formalaşması, fiziki inkişafın təbliği, onların zərərli vərdişlərdən qorunması ilə alaqədar "Idman sağlamlığın əsasıdır!" adlı estafet yarışı keçirilmişdir. Yarışda müxtəlif dərnək üzvlərindən ibarət 8 (səkkiz) komanda iştirak etmişdir. Məktəbimizdə fəaliyyət göstərən "Gənc bioloqlar" dərnəyinin üzvləri "Dostlar" komandası adı ilə tədbirdə fəal iştirak edərək, III yerə layiq görülmüşlər. Qalib komandalar mükafatlarla və diplomlarla, diğər komandalar isə təşəkkürnamələr ilə təltif olunmuşdular. Bu münasibətilə məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev yarışda qalib gələn "Dostlar" komandanın üzvləri ilə görüşüb, onları təbrik etmişdir.
XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi