Ana dili hər bir xalqın milli kimliyidir

     21 fevral tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında "Ana  dili hər bir xalqın milli kimliyidir" adlı dəyirmi masa keçirilmişdir. Dəyirmi masada 21 fevral "Ana dili" günü ilə bağlı videoçarx və şagirdlərimizin hazırladığı təqdimatlar, şeirlər, səhnəcik nümayiş olunmuşdur. Ana dili hər bir xalqın varlığıını təsdiq edən başlıca amildir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaq, tariximizi yaşatmaqdır. Bizim müqəddəs borcumuz dilimizi qorumaq və inkişaf etdirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi