Gənclərlə uğurlara doğru
2 Fevral – Gənclər Günü münasibətilə məktəbdə “Gənclərlə uğurlara doğru” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə kollektivin gənc üzvləri iştirak edirdi. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tədbiri Ümummilli lider Heydər Əliyevin sözləri ilə açaraq
"Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.” gənc müəllimləri təbrik etdi. Gənclər Gününün yaranması və təsisçisi Ulu Öndər Heydər Əliyevin zamanında gənc kadrlara göstərdiyi dəstək və qayğıdan danışıldı. Vurğulandı ki, bu əlamətdar günün qeyd olunması Azərbaycan gəncliyində özünə inam hissini artırır və dəyərli olduqlarını hiss edirlər.Tədbirdə iştirak edən gənc müəllimlər öz gələcək planlarından , həyata keçirmək istədikləri layihələrdən söhbət açdılar. Arzu və təkliflərini dilə gətirdilər. Sonda pedaqoji fəaliyyətində fərqlənən müəllimlər rəhbərlik tərəfindən fəxri fərmana layiq görüldülər.