Pedaqoji Şuranın iclası keçirildi

      31 yanvar tarixində I yarımilin yekunu və II yarımildə qarşıda duran məsələlər barədə məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirilib. Pedaqoji şurada  təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin, növbətçiliyin gücləndirilməsi, valideynlərlə işin artırılması, ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi, etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması, ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğun addımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsinə dair müəllim kollektivinin diqqətinə çatdırılmış və əlavə tövsiyələr verilmişdir. Məktəb psixoloquna təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, onlarla apardığı işin gücləndirilməsinə dair təlimat verilmişdir. Həmçinin iclasda bir qrup müəllim məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev tərəfindən çoxillik pedaqoji fəaliyyətində, şagirdlərin təlim-tərbiyəsində və məktəbin ictimai həyatında fəal rol oynadıqlarına görə fəxri fərmanlarla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi