20 Yanvar Şəhidlərinin xatirəsi yad edilmişdir

     20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar məktəbin foyesində anım tədbiri keçirilib. Tədbir ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra isə şagirdlər çıxış edərək  20 Yanvar hadisələrinə gətirib çıxaran ictimai-siyasi proseslər, sovet imperiyasının Azərbaycan xalqının haqq səsini boğmaq məqsədilə Bakıda və ölkəmizin digər bölgələrində hərbi cinayət törətməsi, bu faciənin ölkəmizin müstəqilliyinə gedən yolda dönüş nöqtəsinə çevrilməsi barədə ətraflı məlumat veriblər. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması ilə 20 Yanvar şəhidlərinin ruhunun şad olduğu vurğulanıb. Anım tədbiri 20 Yanvar faciəsindən bəhs edən videoçarxın nümayiş olunması ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi