Dünya Ekoloji Təhsil günü
12 yanvar tarixində məktəbdə “Dünya Ekoloji Təhsil günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirin təşkilatçısı 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ”Ekologiya, turizm və fiziki tərbiyə" şöbəsinin , məktəbdə fəaliyyət göstərən ”Gənc biolaqlar” dərnəyinin rəhbəri Nərgiz Əliyeva idi.
Tədbirdə “Gənc bioloqlar”dərnəyinin üzvləri və ibtidai sinif şagirdləri böyük həvəslə iştirak etdilər.Tədbiriin məqsədi uşaqlarda ekoloji məlumatları artırmaq, onları təbiətlə daha da yaxınlaşdırmaq idi. Əsas foks kimi balıqlar və digər dəniz bioresursları götürüldü. Tədbir çərçivəsində həm də uşaqlara təbliğat, maarifləndirmə materialları təqdim olundu (kitab, sulu boya, karandaş, qələm qabı və s.). Tədbirdə təşəbbüskar tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ekoloji siyasət” şöbəsinin sektor müdiri Fəridə Ələkbərova, həmin şöbənin əməkdaşları Lamiyə Səmədova, Sənubər Xəlilli, ”Bioloji müxtəlufluyin qorunması” xidmətindən Fəridə Kırimova və başqaları iştirak ediblər. Sonda şagirdləri təbiətə dair maraqlandıran bütün suallar əməkdaşlar tərəfindən cavablandırıldı.