Musiqi insanı Tanrı ilə danışdıran dildir

     Bildiyimiz kimi 2023- cü il Ümummilli Lider Heydər Əliyevin ili kimi qeyd olunur. Bu münasibətlə məktəbin akt zalında "Musiqi insanı Tanrı ilə danışdıran dildir" adlı tədbir keçirildi. Tədbir VII sinif şagirdləri arasında yarış kimi təşkil edilmişdi. Tədbiri IX sinif şagirdi Abdullayeva Tamella öz çıxışı ilə açdı. O,  S.Ə.Şirvaninin "Guş qıl" şeirini söyləyərək iştirakçıları bu möhtəşəm tədbirdə səslənən musiqiləri can evlərinin qulağı ilə dinləməyə çağırdı.
     Tədbirin təşkilatçısı məktəbimizin musiqi müəllimi Şəlalə İsmayılova yarışmanın şərtlərini şagirdlərə anlatdı. Yarışda "Muğam" komandasının  şagirdləri qalib gəldi. Məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev bütün iştirakçıları, qalib komandanı və tədbirin  təşkilatçısı Şəlalə müəlliməni   təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi