Breyn-Rinq psixo-intellektual oyun
Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən IX, X və XI sinif şagirdləri arasında "Breyn-rinq psixo-intellektual oyunu" keçirildi. Oyunda "Optimist", "Duyğu", "Təfəkkür", "Məntiq", "İdrak", "Fantaziya" komandaları iştirak edib. Oyunun I mərhələsi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Bu mərhələdə hər komanda tərəfindən "Heydər Əliyevə səsli məktub" mövzusu təqdim olunmuş və münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Mərhələnin sonunda "Optimist" komandası digər komandalardan xal fərqi ilə üstünlük qazanaraq qalib olmuşdur. Psixo - intellektual oyunun təşkil olunmasının əsas məqsədi şagirdlərdə motivasiyanın yaradılması, onların psixo - emosional vəziyyətinin yaxşılaşdırılması idi. Sonda qalib komandanın üzvlərinə Tərifnamə təqdim olundu.