Ümumdunya QİÇS-lə Mübarizə Günü
Məktəbin 10 "C" sinif şagirdləri Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirici məlumatlar təqdim etmişlər. Təqdimatlarda əsas məqsəd gənc nəsli sağlam həyat tərzi istiqamətində maarifləndirmək, zərərli vərdişlərin və təhlükəli davranışların ağır fəsadları barədə ətraflı məlumat vermək olmuşdur. Şagirdlər eyni zamanda digər yoluxucu xəstəliklər, xüsusilə son günlərdə uşaqlar arasında yayılan qızılça xəstəliyi, əlamətləri, mübarizə tədbirləri haqqında müzakirələr aparmışlar.