Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi

     5 dekabr tarixində kitabxana müdiri Ülviyyə Fərəcova və kitabxanaçı Rayihə Yusubovanın təşkilatçılığı ilə məktəbin foyesində 12 Dekabr anım günü ilə əlaqədar " Müasir Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi" adlı guşə, plakat və kitab sərgisi təşkil olunmuşdur.
    Azərbaycan xalqının Ümummilli Lideri dünya səviyyəli siyasi xadimi Heydər Əliyev çox əsirlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir şəxsiyyətdir. Ulu Öndərin bənzərsiz ömür yolu, gərgin ictimai- siyasi fəaliyyəti müasir tariximizin mühüm və şərəfli mərhələsini təşkil edir.
  Zəngin və şərəfli həyatını Azərbaycan xalqının xoşbəxtliyinə, tərəqqisinə və dünya xalqları arasında layiqli yer tutmasına həsr etmiş Ümummilli Lider Heydər Əliyev qədirbilən xalqımızın  tarixində unudulmaz bir şəxsiyyət kimi yaşayacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi