Erkən nigaha yox deyək

    Azərbaycan Respublikasının qanunvericiliyinə görə erkən nigah-18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır. 
      Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu, həmçinin 1989-cu il tarixli Uşaq hüquqları haqqında konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nihaga daxil olması insan hüquqlarının pozulması hesab olunur. 
      Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadın üçün nigah yaşı 17-dən 18-ə qaldırıldı. Bu, həmçinin "Uşaq Hüquqları Konvensiyası" na da uyğundur. 
Hal-hazırda respublikamızda erkən nigaha daxil olma aktual problemlərdən biri sayılır. Buna uyğun olaraq məktəbin psixoloqu Məmmədova Nuriyyə tərəfindən "Erkən nigaha yox deyək!" adlı maarifləndirici seminar keçirildi. Seminarda 9-cu sinif şagirdləri  iştirak edirdi.  Psixoloq erkən nigahların baş verməsinin əsas səbəblərini, fəsadlarını göstərdi. Və erkən nigah problemini aradan qaldırmaq üçün hansı tədbirlərin maarifləndirici xarakter daşıdığını vurğuladı. Tədbirdə erkən nigaha yox deyək və son illərdə respublikada qurulan erkən nigahlar haqqında statistik məlumatlar verən videoçarxlar göstərildi. 
      Daha sonra şagirdlərin sualları cavablandırıldı. Onları maraqlandıran, düşündürən suallar müzakirə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi