İnsan alveri ilə mübarizə

Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən "İnsan alveri ilə mübarizə" mövzusunda IX sinif şagirdləri ilə maarifləndirici seminar keçirilmişdir. Seminarda şagirdlərə İnsan alveri, onun növləri, insan alverinin qurbanı olan şəxslərin yaşadıqları hadisələr, onların psixoloji xüsusiyyətləri barədə geniş məlumatlar verilmişdir.