Sağlam gələcək naminə narkomaniyaya "Yox" deyək!
Məktəbin psixoloqu Nuriyyə Məmmədova tərəfindən VIII sinif şagirdləri üçün "Sağlam gələcək naminə narkomaniyaya "Yox" deyək!" adlı maarifləndirici seminar keçirildi. Seminarın keçirilməsində məqsəd şagirdləri narkomaniyanın, psixotrop maddələrin insanların həyatında yaratdığı problemlər və fəsadlar haqqında maarifləndirmək, onlar arasında sağlam həyat tərzini təbliğ etmək idi.