Zəfər Günü gənc rəssamların gözü ilə
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı. Qibtə ediləcək bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Bu əlamətdar günlə əlaqədar olaraq məktəbin foyesində şagirdlərinin əl işlərindən ibarət "8 Noyabr - Zəfər Günü"nə həsr edilmiş sərgi təşkil edilib. Sərgini məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, məktəbin qonaqları və müəllimlər izləyiblər.