Reproduktiv sağlamlıq

     Məktəbin psixoloqu Məmmədova Nuriyyə və həkimi Məmmədova Gülnarə tərəfindən VIII sinif qızları arasında "Reproduktiv sağlamlıq" mövzusunda psixomaarifləndirici görüş təşkil olundu.Tədbirdə şagirdlərə yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməilməkə yanaşı, reproduktiv sağlamlığın  insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməkdə olduğu qeyd edildi. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranması və bütün həyat boyu qorunub-saxlanması xüsusilə vurğulandı. Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin aparılması idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi