Ekskursiya təşkil olunub
"8 Noyabr - Zəfər günü " münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq məktəbin tarix fənn müəllimi Səmirə Qasımova 5 "C" sinif şagirdləri ilə birlikdə Azərbaycanın zəngin tarixini özündə əks etdirən, qədim abidələri ilə məhşur olan, İçərişəhərdə yerləşən Şirvanşahlar kompleksində ekskursiyada olublar. Ekskursiyanın təşkil olumasında məqsəd şagirdləri Azərbaycanın tarixi, coğrafiyası, adət-ənənələri, tarixi abidələri ilə yaxından tanış etmək və Şirvanşahlar kompleksi haqqında məlumatlandırmaq idi. Eyni zamanda saray ətrafında gedən döyüşlərdə döyüşçülərin ərazi bütövlüyünü qəhrəmancasına müdafiəsi l və ll Qarabağ müharibəsində canından keçən şəhidlərimizin və qazilərimizin döyüş yoluna bir örnək olduğunu şagirdlərin nəzərinə çatdırmaq idi. Şirvanşahlar sarayında ekskursiyada olan şagirdlər xalqımızın tarixi keçmişinə səyahət etməklə yanaşı həm də, incəsənətin, şahanə memarlığın gözəlliyindən mənəvi zövq almışlar.