Şəhid Akif Abdullayevin məzarı ziyarət edilib
I Qarabağ müharibəsi zamanı Vətən torpaqlarını erməni işğalçılarından azad etmək üçün Goranboy rayonun Buzluq kəndində gedən qanlı döyüşdə xüsusi igidlik göstərən Akif İsgəndər oğlu Abdullayev 1991-ci ilin 18 avqustunda qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra “hərbi xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Yasamaldakı “Fəxri Xiyabanda” dəfn edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il 124 №li qərarına əsasən vaxtı ilə təhsil aldığı 211 saylı tam orta məktəb Akif Abdullayevin adını daşıyır.
28 oktyabr tarixində məktəbin direktoru tarix üzrə fəlsəfə doktoru Rəhman Hacıyev, müəllim heyəti və 9 "B" sinif şagirdləri Şəhid Akif Abdullayevin məzarını ziyarət etmişlər.