Bullinqə son

     Məktəbin psixoloqu Məmmədova Nuriyyə  tərəfindən VII sinif şagirdləri ilə " Bullinqə son! " mövzusunda maarifləndirici seminar keçirildi. Psixoloq Bullinqin məktəb mühitində başqalarına təsir göstərmək üçün   tətbiq edilən, həmyaşıdlar tərəfindən göstərilən təzyiq olduğunu, Bullinqə məruz qalan şəxslərin adətən cinsi, dil, irqi, dini və s. kimi məsələlərdə təzyiqlə üzləşdiyini vurğuladı. Şagirdlərlə mövzuya dair müzakirələr aparıldı. Bullinqə qarşı müzakirə yolları araşdırıldı, mövzu ilə bağlı slaydda verilmiş suallar şagirdlər tərəfindən cavablandırıldı. Seminarın təşkil olunmasında məqsəd məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına köməklik göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi